Bu gün “Bələdiyyə həyatı” qəzetinin növbəti sayı 319-cu sayı işıq üzü görüb. Qəzetin bu sayında prezident tərəfindən təsdiq edilən rəsmi sənədlər, millət vəkillərinin və bələdiyyə sədrlərinin açıqlamaları yer alıb. “Bələdiyyə həyatı”nın bu sayında ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadənin açıqlaması,habelə Lahic, Bərdə, Masallı, Lerik, Nərimanov, Biləcəri və Qusar bələdiyyələrinin fəaliyyəti haqqında diqqəti çəkən məqamlara yer verilib.
Oxucularımız qəzetin bu sayinda Qax , şabran və Bərdə şəhərlərində bələdiyyələrin fəaliyyətinə həsr olunmuş tədbirlər haqqında geniş məlumatları da oxuya bilərlər.
Qəzetin bu sayında bələdiyyələri narahat edən digər məsələlərə də toxunulub.
Qeyd edək ki, qəzet abunə yolu ilə yayılır.
Belediyye.info